BDU-da 7257 tələbə imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin qış imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində davam edir.

 

Universitetdən bildirilib ki, 18 yanvar tarixində bakalavriat səviyyəsində 283 qrupda 6097 bakalavr (389 nəfəri SABAH qrupları tələbəsi olmaqla), BDU-nun Qazax filialında keçirilən imtahanlarda 665 tələbə iştirak edib.

 

Magistratura səviyyəsində isə 137 ixtisaslaşma üzrə 495 magistrant 99 fənn üzrə imtahan verib.

 

Qeyd olunub ki, imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən imtahan prosesinə nəzarət olunur.

 

 



20.01.2021 | 16:53