AzTU-da 7372 tələbə imtahan verib

Azərbaycan Texniki Universitetində (AzTU) 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

Universitetdən bildirilib ki, ötən həftənin statistikasına görə,  bakalavriat səviyyəsi üzrə 6534, magistratura səviyyəsi üzrə isə 838 tələbə imtahanda iştirak edib. İmtahan sonucunda qeyri-kafi qiymət alan tələbə olmayıb.

 

 



21.01.2021 | 10:11