Ali məktəblərdə dərslər bərpa edilə bilər, ancaq…

Növbəti 2 həftə ərzində ali təhsil müəssisələrinin fəaliyyəti bərpa edilə bilər. Lakin bu, tam bərpa olmayacaq.

 

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib ki, nazirlik hazırda ali təhsil müəssisələrində daha çox nəzəri dərslərin distant saxlanılması, praktik məşğələ, laboratoriya işləri tələb edən dərslərin isə  əyani formada keçirilməsinin tərəfdarıdır: “Bu dərslərin hansı ixtisaslarda necə olması ilə bağlı situasiyadan asılı olaraq qərarlar veriləcək. Ümumi olaraq bunu da yaxın həftələrdə elan etməyi düşünürük”.

 

Ruhiyyə

 

 



22.01.2021 | 17:09