Müəllimlərin işə qəbulu imtahanları bölgələrdə də keçiriləcək

Təhsil Nazirliyi müəllimlərin işə qəbul imtahanlarının yalnız Bakıda deyil, bölgələrdə keçirilməsi təcrübəsini davam etdirəcək.

 

Təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə bildirib ki, bu, sıxlıq və idarəetməni də asanlaşdıra bilər: “Düşünürük ki, bu, yaxşı təcrübə idi. Hamını birlikdə Bakıya yığmaqdansa, müxtəlif bölgələrdə mərkəzlərin olması, imtahanların bu şəraitdə keçirilməsi yaxşıdır”.

 

İmtahanların keçirilməsində mühüm amil sayılan internet məsələsinə də diqqət çəkən nazir bu istiqamətdə müzakirələr aparıldığını vurğulayıb: "Məktəblərdə internetin vəziyyətinin, təhsil və internet arasında olan əlaqənin yaxşılaşması ilə bağlı hazırda müəyyən müzakirələr gedir və inanıram ki, ilin sonuna daha yaxşı vəziyyətdə olacağıq”.

 

Ruhiyyə

 



23.01.2021 | 10:16