UNEC alimi dünyanın iqtisadi onlayn platformasına ekspert seçilib

UNEC SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva dünyanın 2-ci ən böyük onlayn platforması olan EC 21 təşkilatına ekspert qismində dəvət edilib.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, Cənubi Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitutunun  EMERİCs layihəsini təmsil edən və Cənubi Koreyada 1-ci, dünyada isə 2-ci olan B2B on-line platforması EC21 təşkilatı əsasən Koreyanın dövlət institutları və 300-dən çox KİV-lə əməkdaşlıq edir.

 

Təşkilat dünyanın iqtisadçı alimlərinin tədqiqat və araşdırmaları üzrə fəaliyyət göstərir. Ekspert alimlər həmin təşkilata beynəlxalq səviyyəli məqalələrinə və apardıqları tədqiqatlara əsasən seçilirlər.

 



26.01.2021 | 16:06