ATU tələbə və müəllimlərinə onlayn tədris platformasına pulsuz giriş imkanı

InSimu şirkəti Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyanın (İFMSA) xətti ilə Azərbaycan Tibb Universitetinin (ATU) tələbə və müəllimlərinə onlayn tədris platformasına 1 aylıq pulsuz giriş imkanı verib.

 

ATU-dan bildirilib ki, InSimu (The Virtual Patient Simulator App) Avropanın, o cümlədən dünyanın bir çox tibb universitetlərində uğurla tətbiq olunan onlayn tədris platformalarından biridir. Proqramda 14 ixtisas, 150 xəstəlik, 500 diaqnostik testlər və 10000-ə yaxın kliniki hal yerləşdirilib. Hər il InSimu tərəfindən IFMSA birgə əməkdaşlıq çərçivəsində dünyanın bir çox ölkəsindən tibb tələbələrinin qatıldığı diaqnostik çempionatlar keçirilir.

 

Proqram tibb tələbələri və müəllimlər üçün nəzərdə tutulub.

 

Tələbə (Virtual Patient Simulator) şəxsi hesab yaradaraq virtual pasientlər qəbul edir və şikayətlərini dinlədikdən sonra müəyyən testlər əsasında ehtimal etdiyi diaqnozu qoyur. Bundan sonra proqram diaqnozun düzgün və ya yanlış qoyulması, həmçinin yanaşma protokolunda (management guidelines) buraxılmış səhvlər ilə bağlı hesabat verir.
InSimu ATU tələbələri üçün də 30 günlük Premium üzvlük hədiyyə edib. Aktivləşdirmək üçün InSimu hesabda “Apply InSimu code” bölümünə keçərək AMU2021 promo kodunu daxil etmək kifayətdir.

 

Proqramın müəllimlər üçün (Educational Platform for Schools) nəzərdə tutulmuş InSimu University versiyasında isə müəllimlər Instructor Portala daxil olaraq məlumat bazasındakı 7 mindən çox fərqli ssenarilər arasından istədikləri kateqoriyalar əsasında şəxsi kurslarını (case challenges) yaradırlar.

 

Bu kurslar yarış məzmunlu olub, tələbələrin kliniki bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır. Bundan sonra tələbələr 2-3 nəfərlik qruplar şəklində müəllimin verdiyi case-lər üzrə diskussiya aparıb son nəticələri sistemə daxil edirlər. Ən sonda isə sistem qrupların fəaliyyəti ilə bağlı müəllimə detallı hesabat verir.

 

Müəllimlər üçün nəzərdə tutulmuş Instructor Portalda 30 günlük üzvlük hədiyyə edilib.

 

Daha ətraflı məlumat üçün keçid linki belədir: insimu.com



27.01.2021 | 11:24