67 əcnəbi vətəndaş AzMİU-nu seçib

Əcnəbi tələbələrin çoxluq təşkil etdiyi ali təhsil müəssisələrindən biri olan   Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2020-21-ci tədris ilində ümumilikdə 67 əcnəbi vətəndaş seçib. 

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanlığından verilən məlumata görə, AzMİU-nu seçən tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, İran  və  Pakistan vətəndaşlarıdır. Onlar universitetə ödənişli əsaslarla qəbul ediliblər. Qəbul olan 67 nəfərdən 1-i doktoranturaya daxil olub. Tədris ilinin ilk semestrini başa vuran Hazırlıq fakültəsinin tələbələri artıq onlayn şəkildə imtahanlarını da veriblər.

    

Qeyd olunub ki,  əcnəbi vətəndaşların qəbulu  prosesi davam edir.

 

 

 



27.01.2021 | 16:00