Eyni məktəb, eyni sinif, eyni bal, eyni ixtisas… hər ikisi Prezident təqaüdçüsü

Bu il Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdçüləri arasında eyni məktəbin iki məzunu da var. Günay Qadiyeva və Fidan Tərişli.

 

Hər ikisi Bakı şəhərində yerləşən “Zəngi” liseyini bitirib. Eyni sinifdə oxuyub və rəfiqəlik ediblər.

 

Onların ali təhsildə də yolları birləşib. G.Qadiyeva və F.Tərişli BANM-i seçib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasındakı təhsillərində də bir yerdədirlər.

 

Hətta ali məktəbə qəbul balları da çox cüzi fərqlə eynidir- G.Qadiyeva 685,1 bal,  F.Tərişli isə 685,5 bal toplayaraq tələbə adını qazanıb.  

 

Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüblər.

 

Bu barədə BANM-dən bildirilib.

 

 



29.01.2021 | 16:45