Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

Yanvarın 29-da təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının növbəti iclası keçirilib. İclasda Himayəçilər Şurasının üzvləri, universitetin rektoru Elçin Babayev və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.

 

Tədbirdə BDU-da 2020-ci il ərzində görülən işlər, universitetin inkişaf strategiyası və digər məsələlər müzakirə edilib.

 

 



29.01.2021 | 20:04