“Magistr” jurnalının xüsusi buraxılışı artıq satışda

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının xüsusi buraxılışının 1‑ci nömrəsində Azərbaycan ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.

 

DİM-dən bildirilib ki, jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

Bakı şəhəri:

  • - Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M. (DİM-in binası)
  • - Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)

 



01.02.2021 | 11:27