13 yaşlı Rahib Məmmədzadə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub

Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyi və 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azerbaijan Golden Kids Awards-2018” layihəsinin  “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub.

 

R.Məmmədzadə Musiqili Teatrın səhnəsində Üzeyir Hacibəylinin “O olmasın, bu olsun”,  “Yatmış gözəl və cırtdanlar” tamaşalarında müxtəlif  obrazları ifa edib. “Baladadaşın toy hamamı” tamaşasında isə Baladadaşın balaca dostu Ağanəcəf rolunu ifa edib. Bu roluna görə R.Məmmədzadə teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomuna layiq görülüb.

   

Bir çox beynəlxalq müsabiqələrdə iştirak edən Rahib Məmmədzadə Türkiyədə keçirilən 23 Aprel – Uşaq Festivalında iştirak edib. O, hazırda Antuan de Sent-Ekzüperinin məşhur əsəri əsasında teatrda hazırlanan “Balaca şahzadə” tamaşasında Balaca şahzadə obrazı üzərində  səylə çalışır.

                                                                

Sifai SƏFƏROVA

 



11.06.2018 | 10:27