“Psixoloji xidmət” layihəsi üzrə e-psixoloq.az elektron portalı

Dövlət İmtahan Mərkəzinin  (DİM) “Psixoloji xidmət” layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb.

 

DİM-dən verilən məlumata görə, elektron səhifənin yaradılmasında əsas məqsəd:

 

  • -      təhsilin və imtahan prosesinin psixoloji cəhətləri haqda əhalini maarifləndirmək;
  • -      peşə seçimində abituriyentlərə kömək etmək;
  • -      imtahan iştirakçılarına, valideynlərə, müəllim və pedaqoji heyətə psixoloji dəstək göstərməkdir.

 

Səhifədə artıq fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib. Xüsusilə hər kəs şəxsiyyət tipini müəyyən etmək üçün MBTİ testini cavablandırmaqla öz güclü və zəif cəhətlərini, fərdi öyrənmə yanaşmasını, şəxsiyyət tipi üzrə statistik məlumatlarla tanış ola, həyati qərarlarını  daha da dəqiqləşdirə bilər.

 

Saytda, həmçinin “onlayn çat” vasitəsilə hər hansı bir sualla bağlı peşəkar psixoloqlara müraciət etmək imkanı da var.

 

Bir müddət sonra səhifədə onlayn psixoloji xidmətin göstərilməsi planlaşdırılır.



01.02.2021 | 17:04