UFAZ-ın qazaxıstanlı tələbəsi: “Fərqli təhsil sistemində təhsil almaq bənzərsiz bir təcrübədir”

Azərbaycan-Fransız Universitetində (UFAZ) müxtəliflik və multikulturalizm əsas dəyərlərdən biridir və ali məktəb dünyanın bir çox  yerlərindən həm  tələbə, həm də müəllimləri qəbul etməkdən qürur duyur…

 

UFAZ-ın türkdilli respublikalardan da çoxsaylı tələbələri var.

 

Onlardan biri-Qazaxıstandan olan tələbəsi Teimur Alxazov universitetin Geofizika Mühəndisliyi ixtisası üzrə təhsil alır. Azərbaycanla əlaqəsi uzun zamanlardan başlayır. Çünki ailə qohumlarından Bakıda  yaşayanlar var. Tarixi və müasir memarlığı birləşdirən bu köhnə şəhəri-Bakını çox sevir; qazax xalqının mədəni dəyərlərinə yaxın olan Azərbaycan  xalqının insanları  arasında özünü rahat hiss edir. Hesab edir ki, azərbaycanlılar olduqca səmimi və mehribandırlar…

 

UFAZ haqqında məlumatı isə ilk dəfə 9-cu sinifi bitirərək Bakıda ingilis dili kurslarına gələndə eşidib:  

 

- Universitet  haqqında yaxınlarımdan öyrəndim, məhz həmin vaxt yayda Bakıya ingilis dili kurslarına gəlmişdim. Fərqli bir təhsil sistemində təhsil almaq olduqca bənzərsiz bir təcrübədir və UFAZ-dakı dərslər olduqca maraqlı, qeyri-adidir.

 

- Yeni bir şəhər mühitinə, Bakıya uyğunlaşmaqda çətinlik çəkdinizmi?

- Əvvəlcə qarşılaşdığım dil maneəsinə görə mənim üçün bir az çətin oldu…

 

Amma Azərbaycan və Qazaxıstan arasında müəyyən qədər yaxınlıq var.

 

İnsanların zehniyyəti bir-birinə bənzəyir. Bu mənada burada yaşamaqda narahatçılıq hiss etmirəm.

 

- UFAZ-da oxumağın üstünlükləri nələrdir, sənə görə?

 

- Düşünürəm ki, UFAZ-ın əsas üstünlükləri universitet tərəfindən verilən təhsildir. Həm Fransadan, həm də Azərbaycandan güclü akademik təcrübəyə malik professorlar çalışır. Müxtəlif mövzularda bir çox əlavə mühazirələr var ki, bunlar yaxşı haldır. Daha dərindən öyrənmək, dünyagörüşü artırmaq üçün.  UFAZ mükəmməl bir təhsil müəssisəsidir. Ən yaxşısına can atdığın yer buradır. Öz üzərində çalışmağa hazır olan dostlara və tanışlara UFAZ-ı tövsiyə edərdim.

 

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərindən olan Teimur həm regional, həm də beynəlxalq səviyyədə müxtəlif turnirlərdə və çempionatlarda iştirak edib. O, 2012-ci ildə ABŞ-ın Las Vegas şəhərində təşkil edilən dünya çempionatında iki qızıl medal qazanıb.



02.02.2021 | 12:38