“Yüksəliş” müsabiqəsinin əyani mərhələsində daha bir imtahan

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanı keçirilib.

 

8 regionda, 18 imtahan mərkəzində aparılan imtahanlar Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

 

İmtahanın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır.

 

Əyani mərhələnin birinci qabiliyyət üzrə yoxlama imtahanı 2020-ci il sentyabrın 12-də keçirilib. Mərhələyə qatılan 940 nəfərdən 728-i idarəetmə bacarıqları üzrə imtahanda iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsinə - yarımfinala qatılacaq.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir.

 

Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

.

 

 



08.02.2021 | 11:17