V-IX siniflər ənənəvi tədrisə başlayır

 Fevralın 8-dən  Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunur.

 

Eyni zamanda həmin tarixdən Təhsil Nazirliyinin tabeliyindəki və ən azı 1.5 metr məsafəni  gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa edilir.

 

Qeyd edək ki,  fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ibtidai siniflərdə ənənəvi tədris qismən bərpa olunub.

 



08.02.2021 | 09:01