Növbəti qalib komanda bəlli olub

Paytaxt məktəblilərindən ibarət komandalar “Hazırcavablar” intellektual oyununda qarşılaşıb. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 157, 240, 323 nömrəli tam orta məktəb və 261 nömrəli məktəb-liseyin şagirdləri “Dil və ədəbiyyat”, “Kimya”, “Məntiq”, “Musiqi” və “Qara qızıl” bölmələri üzrə sualları cavablandırıb. 

 

İntellektual oyunun nəticələrinə əsasən, 261 nömrəli məktəb-liseyin komandası qalib gəlib.

 

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

 



11.06.2018 | 17:47