Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb - FOTO

Fevralın 8-dən  Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub. 

 

Şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.
 


Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik. 

 

 



08.02.2021 | 12:42