DİA müəllimlərinin layihəsi qrant müsabiqəsinin qalibi seçilib

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsində (EİF-ETL-2020-2(36)) qalib layihələrin siyahısı açıqlanıb.

 

Azərbaycan Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) İntellektual sistemlərin idarə olunması kafedrasının müdiri, dosent Elvin Əzizbəyovun iştirakçısı olduğu elmi-tədqiqat qrupu tərəfindən təqdim edilən “Mexanikanın və fizikanın müəyyən sinif stasionar və qeyri-stasionar məsələlərinin riyazi modellərinin tədqiqi” və həmin kafedranın dosenti Hilalə Cəfərovanın iştirak etdiyi elmi-tədqiqat qrupunun təqdim etdiyi “Semi-Markov və innovasiyalı avtoreqression proseslərlə təsvir olunan təsadüfi dolaşmaların tədqiqi və onların tədbiqləri” adlı layihələr bütün ekspertiza mərhələlərini uğurla keçərək qalib layihələr siyahısına daxil edilib.

 

Nəzəri və tətbiqi xarakder daşıyan layihələr elmi-tədqiqat qrupları şəklində Bakı Dövlət Universiteti, Xəzər Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları ilə birlikdə yerinə yetiriləcək. Hər iki layihənin icra müddəti 12 aydır.

 

Bu barədə DİA-dan bildirilib.

 

 

 



10.02.2021 | 17:25