Emin ƏMRULLAYEV, Təhsil naziri: Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə məktəblərimizdə STEAM layihəsinin əhatəsi genişləndirilir

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblərimizdə STEAM layihəsinin əhatəsi genişləndirilir. Sevindirici haldır ki, paytaxtdan kənar bölgələrdə və kəndlərdə təhsil alan  şagirdlərimiz də artıq bu imkanlardan faydalana bilirlər. Bu gün Şirvan şəhərindəki yeni yaradılan STEAM mərkəzinə tanışlıq səfəri etdik. Mərkəz Şirvan şəhəri  Kimya-Biologiya  Təmayüllü  Respublika  liseyində  qurulsa da, Şirvan şəhəri və ətraf  rayonların  məktəbliləri  də  bu  mərkəzdə  təşkil olunacaq proqramlarda  iştirak  edə  biləcəklər.

 

Hazırda STEAM layihəsi 147 ümumtəhsil məktəbində 25 mindən çox şagirdi birləşdirir. Ölkənin 10 müxtəlif bölgəsində bu miqyasda STEAM mərkəzlərin yaradılması planlaşdırılır. Ümumi təhsil pilləsində təhsilalanların bilik və bacarıqlarının dünyanın sürətlə dəyişən tələblərinə cavab verməsi və gələcək əmək fəaliyyətinə dair faydalı səriştələrin formalaşdırılması fəaliyyətimizin önəmli hissəsini təşkil edir.

 



12.02.2021 | 09:00