transfer.edu.az: köçürülmədə rahat və şəffat imkan

Tələbələrin transfer.edu.az saytı vasitəsilə ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu artıq başa çatıb.

 

Nəzərə çatdıraq ki, transfer.edu.az portalından 969 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 198 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı isə 5990 nəfər olub. Onlardan 2721 nəfəri öz sorğusunu təsdiq edib. Bunlardan 182 tələbə xaricdən köçürülmək üçün, 49 tələbə magistratura səviyyəsi üzrə,  qalan 2490 nəfər respublika ərazisindəki ATM-lər arasında köçürülmələr və (və ya) təhsil alma formasını dəyişdirilməsi üçün müraciət edib.

 

Onu da qeyd edək ki, hazırda portala müraciət edən tələbələrin sorğuları araşdırılır və  nəticələr yaxın zamanda açıqlanacaq.

 

Niyazi RƏHİMOV



12.02.2021 | 12:10