Göyçay, Qusar və Xaçmazda məktəb açılışı

Fevralın 12-də Göyçay rayonu Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

 

 

Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Göyçay Rayon İcra başçısının müavini Zivər Zeynalova,  Göyçay Rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahib  Burcəliyev və məktəb direktoru iştirak edib.

 

 

Qeyd edilib ki, əsaslı təmir olunmuş məktəb 764 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri də fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.

 

 

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
 

 
* * *

 

Fevralın 12-də Qusar rayonu Quxuroba kənd tam orta məktəbinin bərpa-gücləndirmə  və əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib. 

 

 

Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Qusar Rayon İcra başçısının müavini Zoya Eldarova, Qusar Rayon Təhsil Şöbəsinin müdir əvəzi Yüzbəy Abuyev  və məktəb direktoru iştirak edib. 

 

 

Bildirilib ki, Quxuroba kənd tam orta məktəbi 464 şagird yerlikdir. Tədris binasında 23 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə 100 yerlik yeməkxana, 150 yerlik akt zalı üçün də şərait yaradılıb. 

 

 

Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub. 
 
  ****

 

Fevralın 12-də Xaçmaz rayonu Xudat şəhəri 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının da açılış mərasimi keçirilib. 

 

 

Mərasimdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Xaçmaz Rayon İcra başçısının birinci müavini İlhamə Nəzərova,  Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Quliyev  və məktəb direktoru iştirak edib. 

 

 

Bildirilib ki, yeni tədris binası 432 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, gənclərin çağırışaqədərki, informatika və hərbi hazırlıq kabinetləri var. Məktəbdə 144 yerlik yeməkxana, 260yerlik akt zalı və idman zalı da var. 

 

 

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.



12.02.2021 | 17:53