Professor Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

Azərbaycan xalçaçılıq və dekorativ sənətinin tanınmış nümayəndələrindən biri, “Şöhrət” ordenli, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru Röya Tağıyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib və Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilib.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə bildirib ki,  R.Tağıyevaya həmçinin, “Türk dünyasında ilin mədəniyyət adamı” beynəlxalq diplomu da təqdim olunub.

 

O, bu təltiflərə Türk dünyası elminə və mədəniyyətinə göstərdiyi böyük xidmətlərə görə layiq görülüb.

 

Professor R.Tağıyeva xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğinə həsr olunan 200-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında çoxlu sayda konsepsiyalar və layihələr həyata keçirilib, elmi-sənədli filmlər çəkilib. Müəllifi olduğu əsərlər, monoqrafiyalar və ensiklopediyalar rus, ingilis, çex, ərəb, fransız və digər dillərdə nəşr edilib.
 

 



15.02.2021 | 11:22