Gənc alimlər COMSTECH tərəfindən sertifikata layiq görülüblər

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova və elmi işçisi Nigar Mürsəl qızı COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “A panel discussion on STEM - Women in the COVID-19 Pandemic” adlı vebinarda iştirak ediblər.

 

“Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunan vebinar çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar olaraq ortaya çıxan yeni fürsətləri və problemləri işıqlandırmaq üçün STEM-də (Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri) qadın alim və çempionlardan ibarət diskussiya paneli təşkil edilib.

 

İclasa 170-dən çox alim qatılıb.

 

Vebinarın sonunda A.Zeynalova və N.Mürsəl qızı COMSTECH-in ümumi koordinatoru, professor  İqbal Çaudari tərəfindən sertifikata layiq görülüblər.

 

 



18.02.2021 | 11:35