BDU-nun Qazax filialından “Qarabağ Dirçəliş Fondu”na 4000, “YAŞAT” Fonduna 2000 manat ianə

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında direktorluğun iclası keçirilib.

 

İclasda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu”na 4 min manat, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna isə 2 min manat ianə edilməsi haqqında qərar qəbul olunub.

 

Bu barədə BDU-dan bildirilib.

 

 



18.02.2021 | 13:00