MDU alimləri Fizika İnstitutunda

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vladislav Osedlo və professor Sergey Svertilov Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda  olublar. İnstitutun direktoru, akademik Nazim Məmmədovla görüş zamanı V.Osedlo qeyd edib ki, Nüvə Fizikası Elmi Tədqiqat İnstitutu “Universat-Sokrat” universitet layihəsi çərçivəsində Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq edir. Bildirib ki, Fizika İnstitutuna səfər etməkdə məqsəd İnstitutun fəaliyyəti ilə tanış olmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. N.Məmmədov universitetlə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

 

Daha sonra S.Svertilov məruzə edərək layihə haqqında məlumat verib.

 

Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar. İnstitutun alimləri burada aparılan tədqiqat işləri haqqında məlumat veriblər.

 



12.06.2018 | 16:51