ERASMUS+ “İQAinMR” layihəsinin yerli və beynəlxalq tərəfdaşları ilə koordinasiya görüşü

Avropa Komissiyasının ERASMUS+ “İQAinMR” layihəsinin tərəfdaşları ilə birinci onlayn koordinasiya görüşü keçirilib

 

Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin koordinatoru olduğu layihənin ilk görüşündə beynəlxalq tərəfdaş qismində Almaniyanın İUBH Tətbiqi Elmlər Universiteti, İspaniyanın UCAM Universiteti, Rusiyanın Təhsil Akademiyası, Tver Dövlət Universiteti, Belqrad Dövlət Universiteti, Maliyyə Universiteti və yerli tərəfdaş qismində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Naxçıvan Dövlət Universiteti, Milli Erasmus Ofisinin nümayəndələri iştirak ediblər.

 

İki hissədən ibarət olan görüşün birinci hissəsində hər bir tərəfdaş universitetin təqdimatı keçirilib.

 

İkinci hissədə 3 illik layihənin qarşısında duran vəzifələr, işçi paketləri üzrə tapşırıqlar, ilkin mərhələdə  nəzərdə tutulan işlər müzakirə olunub.

 

Qeyd edək ki, layihə ali təhsilin iki əsas sahəsinə istiqamətlənib: tədrisin keyfiyyət təminatı (tədris, öyrənmə və qiymətləndirmə) və müəllim keyfiyyətinin təminatı. Layihə hər bir universitet səviyyəsində tədris-öyrənmə keyfiyyətini artırmağı,  inkişaf etdirməyi hədəfləyir.

 

Görüşdə ADPU-nun əməkdaşları Günay Məhərrəmova, Həmid Qasımov və Nurəngiz Mahmudova iştirak ediblər.

 

Görüşün sonunda tərəfdaşların sualları cavablandırılıb.

 

Bu barədə ADPU-dan bildirilib.  



20.02.2021 | 13:25