NDU müəlliminin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda

Naxçıvan Dövlət Universiteti (NDU) İngilis dili və metodika kafedrasının müəllimi Ülviyyə Muradovanın Zülfiyyə Əhmədova ilə birgə həmmüəllif olduğu  “Dillərdəki qrammamtik cins kateqoriyasının düşüncəyə təsiri” adlı elmi məqaləsi Amerikada yüksək impakt faktorlu “Humanitar sosial elmlərin qlobal jurnalı”nda (Journal of Human-Social Science)  dərc olunub.

 

Məqalədə müxtəlif dillərdəki qrammatik cins kateqoriyasının həmin dillərdə danışan insanların düşüncələrinə təsirindən bəhs olunur. Bu nəzəriyyə Saphir-Worf nəzəriyyəsinin əsasını təşkil edir. Worfa görə dillər fərqləndiyi kimi onu istifadə edən insanların düşüncə tərzi də bir-birindən fərqlənir. Qeyd edilir ki, bu dillərdə danışanlar, sifətləri dəyişdirsələr də, düzgün müəyyən məqalə və əvəzliklərin istifadəsindən məsul olmalıdırlar. Jurnalın vebsaytı:

 

https://www.google.com/amp/s/globaljournals.org/journals/human-social-science-journal/amp

 

 

 



22.02.2021 | 17:00