Lənkəran Peşə Liseyi ilə “Xəzər Palace” arasında əməkdaşlıq başlayıb

Peşə təhsili pilləsi üzrə özəl sektorla əməkdaşlıq çərçivəsi genişləndirilir.

 

Lənkəran Peşə Liseyi və Xəzər Palace MMC arasında  Turizm sahəsində kadr hazırlığı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlığın başlıca məqsədi liseyin məzun və tələbələrinin işlə təmin olunmasına dəstək verməkdən ibarətdir.

        

Əldə olunan razılaşmaya əsasən, işəgötürən təşkilatın mütəxəssisləri Lənkəran Peşə Liseyində tədris işlərinə cəlb olunub. 15 fevraldan etibarən Peşə Təhsilində istehsalat təlimi və təcrübələrinin əyani formada başlamasını nəzərə alaraq,  Lənkəran Peşə Liseyinin "Turizm sahəsində iaşə üzrə mütəxəssis" ixtisası üzrə tələbələri istehsalat təcrübələrini işəgötürənin bazasında keçməyə başlayıb.

 

Bu barədə PeşəTəhsili üzrə Dövlət Agentliyindən bildirilib. 

 

 



23.02.2021 | 16:41