Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa üzrə beynəlxalq konfrans

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda videoformatda beynəlxalq konfrans keçirilib.

 

Konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı və digər rəsmi qonaqlar iştirak edib.

 

Beynəlxalq tədbirdə postkonflikt vəziyyətlərdə yenidənqurma, bərpa, münaqişənin uzunmüddətli təsirləri, iqlim dəyişikliyi, iqtisadi siyasətin prioritetləri, iqtisadi təhlükəsizlik, mədəni-tarixi obyektlərin bərpası, təhsil, elm, postkonflikt siyasətinin və planlaşdırmanın nəzəri məsələləri müzakirə  olunub.

 

İki gün davam edən konfransın sessiyalarında 55 məruzə dinlənilib.

 

Bu barədə ADNSU-dan məlumat verilib.



01.03.2021 | 12:22