İmtahan qrafiki namizədlərin şəxsi səhifələrinə göndərilib

6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil ediləcək. İmtahanların keçiriləcəyi yer və qrafik barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.

 

https://edu.gov.az/uploads/news/02/test-numuneleri.pdf

 



01.03.2021 | 15:01