“Son zəng”lə bağlı əmr imzalanıb

Təhsil naziri Ceyhun Bayramov “"Son zəng" tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.

 

Əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunacaq.

 

Əmrin imzalanmasında məqsəd respublikanın ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbirinin mütəşəkkil keçirilməsini təmin etməkdən ibarətdir.

 

Əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində məktəb icmaları, ictimaiyyət nümayəndələri və sabiq məzunların iştirakının təmin edilməsi nəzərdə tutulub.          

 

Eyni zamanda, əmrdə yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

 



13.06.2018 | 14:45