Sabunçu rayon məktəbliləri üçün növbəti “Açıq qapı” günü

Azərbaycan Texniki Universitetində (AzTU) Bakı şəhərinin Sabunçu rayonunun məktəbliləri üçün növbəti onlayn “Açıq qapı” günü keçirilib.

 

Universitetdən bildirilib ki, “Açıq qapı” günündə AzTU-nun əməkdaşları, Sabunçu rayon məktəblərinin  müəllimləri, XI sinif şagirdləri və onların valideynləri iştirak ediblər.

 

Görüşdə AzTU-nun fakültələri, ixtisaslari, elmi-tədqiqat laboratoriyaları, kadr hazırlığı, karyera imkanları, ikili diplom proqramları və digər məlumatlar məktəblilərin diqqətinə çatdırılıb.

 

Qeyd edilib ki, onlayn "Açıq qapı" günləri Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.

 

 



04.03.2021 | 13:22