TKTA işəgötürənləri peşə təhsili üzrə sorğuda iştirak etməyə dəvət edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi işəgötürənləri peşə təhsili üzrə prioritet ixtisasların müəyyən edilməsi ilə bağlı sorğuda iştirak etməyə dəvət edir. Belə ki, peşə təhsili üzrə qiymətləndirilmə və tanınma həyata keçiriləcək ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla müəyyən edilir. Bu məqsədlə, Agentlik tərəfindən əmək bazarında işçi qüvvəsinə olan tələb və təkliflərin təhlil olunması, eləcə də prioritet peşə sahələrinin müəyyən edilməsi yönündə sorğu həyata keçirilir.

 

Qeyd edək ki, Agentlik peşə təhsili üzrə qeyri-formal və informal yollarla təhsil almış şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsini həyata keçirir. Faəliyyətin məqsədi vətəndaşların əmək bazarına çıxış imkanlarını genişləndirməklə onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək verməkdir.

 

Yekunda sorğunun nəticələri hesabat formasına salınaraq ictimailəşdiriləcək. Sorğuda iştirak etmək istəyən işəgötürənlər 10 mart 2021-ci il tarixinədək müvafiq onlayn formanı doldurmalıdır.

 

 



05.03.2021 | 10:58