Milli həmrəylikdən milli birliyə

Azərbaycanın müasir inkişaf tarixi dövlətçiliyimizin möhkəmləndirilməsində milli həmrəyliyimizin nə qədər güclü amil olduğunu  dərindən təsdiqləməkdədir.  Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş  və bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən  azərbaycançılıq ideyasının əsas prinsipləri milli birliyimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. 

 

Ölkəmizin İkinci Qarabağ müharibəsində tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımızın varlığına hakim kəsilən vətənpərvərlik, milli həmrəylik hissləri öz sözünü demişdir. Hazırda Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır.

 

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır.
Məhz təməli Ulu Öndər tərəfindən qoyulmuş milli birlik və həmrəylik konsepsiyası  xalqımızın 44 günlük Vətən müharibəsində parlaq qələbəsinin mənbəyini təşkil edir.

 



05.03.2021 | 21:19