Ağdam məktəblilərinin qonağı

Ağdam rayon 149 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi yazıçı Sevinc Nuru qızı ilə virtual görüş keçirib.

 

Rayon təhsil şöbəsindən bildiriblər ki, görüşdə şagirdlərə mütaliənin mənəvi zənginliyə aparan yol olduğunu vurğulayan yazıçı vətənpərvərlik mövzusunda yazdığı əsərlərindən  söz  açaraq  yaradıcılığı  barədə  məlumat verib.

 

Sonda qonaq məktəblilərin suallarını cavablandırıb.

 

Şakir CƏFƏROV



07.03.2021 | 14:18