ADNSU-da doktoranturaya qəbul imtahanında 6 universitetdən 125 iddiaçı iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  2 gün davam edən doktoranturaya qəbul imtahanı başa çatıb.

 

Ali məktəbdən bildirilib ki, fəlsəfə fənnindən keçirilən imtahanda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,  ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq vəİnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən ümumilikdə 142 iddiaçı qeydə alınıb və onlardan 125 nəfəri imtahanda iştirak edib.

 

Şəffaf mühitdə keçirilən imtahan nəticələri 7 nəfərdən ibarət komissya tərəfindən qiymətləndirilib. Belə ki, 125 nəfər iddiaçıdan 4 nəfərin biliyi  qeyri- məqbul, 121 nəfərin biliyi məqbul olub.

 

İmtahan koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etdiyindən öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və iştirakçılar arasında sosial məsafə gözlənilib.

 

 



09.03.2021 | 10:30