Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu davam edir. Belə ki, martın 10-da  Azərbaycan dili və ədəbiyyattarixcoğrafiyariyaziyyatfizikakimyabiologiya üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsilə elektron formada həyata keçirilib.

 

 

Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək.

 

 

Xatırladaq ki, ötən gün 4 mərkəzdə keçirilən informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turunda 160 nəfər şagird iştirak edib.

 

 

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.



09.03.2021 | 11:46