“Elmi tədqiqat və akademik yazı” mövzusunda təlim

Bakı Dövlət Universiteti (BDU) hüquq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının, habelə İngiltərə və Uelsin Vəkillər kollegiyalarının üzvü Altay Mustafayevin iştirakı ilə “Elmi tədqiqat və akademik yazı” mövzusunda onlayn təlim keçirilib.

 

BDU-dan bildirilib ki, təlimdə universitetin müəllim, tələbə, magistrant və doktorantları iştirak edib.

 

Hüquq fakültəsinin dekanı Əmir Əliyev qeyd edib ki, təlimin əsas məqsədi tədqiqat işinin seçilməsi, ədəbiyyatın toplanması, mənbələrin yığılması, araşdırma zamanı lazımi qeydlərin aparılması və digər məsələləri tələbələrə izah etməkdir.

 

“Elmi tədqiqat və akademik yazı” mövzusunda məruzə ilə çıxış edən A.Mustafayev yazıya başlamazdan əvvəlki mərhələ, bir-biri ilə əlaqəli olan ideyaların axtarılması, toplanması və bir araya gətirilməsi kimi məsələlərdən danışıb.

 

Təlimçi giriş və nəticə hissələrinin yazılmasında rast gəlinən çətinliklərdən, onların aradan qaldırılması metodlarından da bəhs edib.

 

Fəal diskussiya şəklində davam edən təlim suallarının cavablandırılması ilə başa çatıb.

 

 



09.03.2021 | 12:37