Prezident İlham Əliyev: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”

30 il düşmən tapdağında olan torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində azadlığa qovuşmuşdur. Bu tarixi əbədi olaraq Azərbaycan xalqının yaddaşına əbədi həkk olunacaq. YAP-ın VII qurultayında Prezident İlham Əliyev Qələbənin tarixi əhəmiyyəti barədə bildirmişdir: Əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.



09.03.2021 | 14:15