Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Güclü külək nəticəsində paytaxtdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır. Hər iki məktəbin dam örtüyündə təmir, bərpa və gücləndirmə işlərinə başlanılıb.

 

Tədrisə mane olmamaq və kontingentin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Belə ki, təmir işləri aparılan hissədə uyğun məsafədə hərəkətin məhdudlaşdırılması məqsədilə xüsusi lentlər çəkilib, müvafiq nəzarət tədbirləri gücləndirilib.

 

Həmçinin həyətində ağacların aşması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunan məktəblərdə də küləyin törətdiyi fəsadlar aradan qaldırılır.

 

 



09.03.2021 | 13:49