Son 3 il ərzində Azərbaycanın həyatında həlledici hadisələr baş verib

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, davamlı inkişaf strategiyaları ölkəmizin uğurlarını təmin edib. Prezident İlham Əliyev: YAP-ın VI qurultayından sonra keçən üç il ərzində Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələr baş verib. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb.

 

Ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib. Bu seçkilərlə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoyub.Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası qarşıya birinci dərəcəli vəzifə kimi qoyulub və buna nail olunub. Beləliklə də son illərdə ölkədə həyata keçirilmiş dövlət siyasəti bütün qələbə və uğurların davamlılığını  təmin etmişdir.

 

 



09.03.2021 | 15:19