İlham Əliyev: “Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkəyə çevrilib”

44 günlük Vətən müharibəsi dünya ictimaiyyətinin diqqətini Azərbaycana, ölkəmizin ədalətli mübarizəsinə yönəltdi. Müharibədən sonrakı vəziyyət bütün dünyada, regionda əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir. Bu barədə Prezident İlham Əliyev YAP-ın VII qurultayında xüsusi vurğulamışdır: İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.



09.03.2021 | 15:25