ADNSU ilə İdarəetmə Sistemləri İnstitutu arasında müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovla universitetin rektoru, professor Mustafa Babanlı arasında görüş keçirilib.

 

ADNSU-dan bildirilib ki, görüşdə həmçinin, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru Əminağa Sadıqov, ADNSU-nun elmi işlər üzrə prorektoru Rauf Əliyarov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri  Araz Əliyev də iştirak edib.

 

İkitərəfli əməkdaşlıq əlaqələrindən bəhs olunan tədbir zamanı ADNSU-da HPC  Mərkəzinin (High Performance Computing) imkanlarından, elmin inkişafındakı rolundan bəhs olunub.

 

Təklif edilib ki,  iri hesablamalar zamanı AMEA İdarəetmə Sistemləri İnstitutu HPC  Mərkəzinin imkanlarından istifadə edə bilər.

 

Sonra bu istiqamətdə əməkdaşlıq etmək üçün institut ilə universitet arasında müqavilə imzalanıb. Sənədi rektor Mustafa Babanlı və akademik Əli Abbasov imzalayıb.

 

 



09.03.2021 | 17:04