BANM-də I kurs tələbələri üçün Orientasiya proqramının təqdimatı

Bakı Ali Neft Məktəbinə (BANM) cari tədris ilində qəbul olmuş I kurs tələbələri üçün təşkil olunan Orientasiya proqramı davam edir. Bu dəfə Proseslərin avtomatlaşdırılması, Neft-qaz mühəndisliyi ixtisaslarının I kurs tələbələri və onların valideynləri üçün proqramın təqdimatı olub.

 

Orientasiya proqramı yeni tələbələri ali məktəblə tanış etmək, onların tədris prosesinə adaptasiyasına dəstək olmaq məqsədi daşıyır.

 

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Hazırlıq ilinin (“Foundation”) tələbələrinə təhsil ocağının inkişaf yolu, uğurları, təlim-tədris prosesi haqqında ətraflı məlumat verib. Eyni zamanda, rektor yüksək bal toplamalarına baxmayaraq, tələbələrə təhsil aldıqları müddətdə sosial bacarıqlarını da daim inkişaf etdirməyi tövsiyə edib.

 

SOCAR və BANM-in tarixi, inkişaf yolu, infrastrukturu haqqında geniş təqdimatdan sonra BANM haqqında videoçarx nümayiş olunub.

    

Tədbir zamanı BANM-də tədrisin, imtahanların təşkili və keçirilməsi, daxili intizam, apelyasiya şikayətlərinin elektron qəbulu, e-poçt ünvanlarından istifadə qaydaları haqqında təqdimatlar keçirilib.

 

 Sonda E.Qasımov tələbə biletlərini də təqdim edib, hər tələbəyə “Tələbələr üçün əl kitabı” paylanılıb.

 

Qeyd edək ki, tələbələr və valideynlər üçün BANM-in Bibiheybətdə yerləşən əsas tədris korpusuna tanışlıq turu təşkil edilib.

 



13.03.2021 | 11:04