Dahi Nizaminin yubileyinə həsr olunmuş tədbir

Füzuli rayon 37 nömrəli ümumi orta məktəbdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar I-IV və V-IX siniflərdə karantin qaydalarına uyğun olaraq tədbir keçirilib.

 

Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Təranə Əsədova  şagirdlərə şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra şagirdlər şairin əsərlərindən nümunələr səsləndirib, yaradıcılığından qəzəllər, poemalarından parçalar və aforizmlər söyləyiblər.

 

Sonda məktəbin direktoru Sevil Hətəmova  tədbiri yekunlaşdırıb.

 

Şakir CƏFƏROV

 



14.03.2021 | 10:03