ADPU əməkdaşları ERASMUS+ layihəsi çərçivəsində beynəlxalq seminarda

Niderlandın Vitenborq Universitetinin koordinatoru olduğu “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təlim, tədris və qiymətləndirmədə təhsilin daxili keyfiyyət təminatının inkişaf etdirilməsi” layihəsi çərçivəsində iki günlük seminar keçirilib.

 

Seminar tərəfdaş ali təhsil müəssisələrində daxili keyfiyyət təminatına dair görülmüş işlərə həsr olunub. Təlimdə Avropanın  Niderland, İspaniya və Almaniya kimi ölkələrinin universitetləri ilə yanaşı, Rusiyanın 4 universitetinin, eləcə də ölkəmizdən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

 

Seminarda ADPU  üç əməkdaşla – Keyfiyyət təminatı şöbəsinin müdiri Qalib Şərifov, Təlim-tədris mərkəzinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Nurəngiz Mahmudova ilə təmsil olunub.

 

Q.Şərifov Azərbaycanda keyfiyyət təminatı sahəsində qanunvericilik aktları, G.Məhərrəmova isə ADPU-da monitorinq və qiymətləndirmə barədə təqdimatla çıxış edib.

 

Təlim tərəfdaş universitetlərin nümayəndələrinin təqdimatlarının müzakirəsi, layihənin növbəti mərhələsində işçi paketləri üzrə görüləcək işlərin icrası və tərəfdaşlar arasında bölünməsi ilə yekunlaşıb.

 

 



17.03.2021 | 11:08