BANM ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq müzakirəsi

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncu ilə onlayn görüş keçirib.

 

Görüş zamanı iki universitet arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Xüsusi ilə informasiya texnologiyaları, kibertəhlükəsizlik kimi istiqamətlərdə birgə proqramların və elmi-tədqiqat fəaliyyətlərinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

 

Rektor E.Qasımov İTU-nun rektoru İ.Koyuncunu Bakıya səfərə dəvət edib.

 

Qeyd edək ki, İstanbul Texniki Universiteti 1773-cü ildə yaradılıb, mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.

 

İ.Koyuncu 2020-ci ilin avqust ayında İTU-ya rektor təyin olunub.

 

 



17.03.2021 | 11:45