Təhsil naziri Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Martın 17-də təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
 

Görüş zamanı Azərbaycan və Almaniya arasında ümumi təhsil, ali təhsil, eləcə də peşə təhsili sahələrində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

 



17.03.2021 | 14:37