Dövlət İdarəçilik Akademiyasında “Gənclər siyasəti yeni çağırışlar şəraitində” mövzusunda təlim

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında  Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq əsasında  “Gənclər siyasəti yeni çağırışlar şəraitində” adlı onlayn təlim başlayıb.

 

Akademiyadan bildirilib ki, təlimin məqsədi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» haqda Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək, prosesdə gənclərin daha fəal iştirakına nail olmaqdır. Təlimdə  Gənclər və İdman Nazirliyi əməkdaşlarının iştirakı nəzərdə tutulub.

 

Təlimdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi,  Gənclər və İdman nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşqulluq Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və digər qurumların nümayəndələri çıxış edəcəklər.

 

 



17.03.2021 | 16:23