Akkreditasiya proseslərinə keyfiyyət təminatı üzrə ekspertlər dəvət edilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrində strateji planlama və innovasiya, elmi fəaliyyətin təşkili, maliyyə və insan resurslarının idarə olunması, tədrisin təşkili və idarə olunması kimi sahələrin ən azı biri üzrə təcrübəsi olan mütəxəssisləri Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak etməyə dəvət edir.

 

Belə ki, TKTA mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edir.Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən Akkreditasiya Komissiyaları tərəfindən həyata keçirilir.

 

 <span "="" style="box-sizing: inherit;">Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.azEkspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

 



17.03.2021 | 17:31